Dövlət Komitəsi İsmayıllıda "Kütləvi çıxarış" kampaniyası keçirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Komitəsi İsmayıllıda "Kütləvi çıxarış" kampaniyası keçirib

16:00 - 09 / 12 / 2015
Dövlət Komitəsi İsmayıllıda "Kütləvi çıxarış" kampaniyası keçirib

Əmlak Məsələləri Dövlət Komitəsi İsmayıllı rayonunun Topçu kəndində "Kütləvi çıxarış" kampaniyası keçirib.

Bu haqda1news.az Dövlət Komitəsinin yaydığı məlumata əsasən xəbər verir.

Kampaniyada əvvəllər müxtəlif qurumlar tərəfindən verilmiş qeydiyyat vəsiqələri, aktlar, şəhadətnamələr, əmrlər və digər mülkiyyət sənədləri əsasında kütləvi şəkildə çıxarışlar təqdim olunub.

Kampaniyada 100-ə yaxın kənd sakininə dövlət reyestrindən çıxarış verilib, 30-a yaxın vətəndaş isə ilkin mülkiyyət sənədi hazırlanmaq üçün qəbul edilib.

1news.az

Paylaş:
702

Son xəbərlər

Bütün xəbərlər