Cahangir Hacıyevin apelyasiya şikayəti rədd edilib
Dekabrın 10-da Bakı apelyasiya məhkəməsində Azərbaycan beynəlxalq bankının Direktorlar şurasının keçmiş rəhbəri Cahangir Hacıyevin apelyasiya şikayətinə baxılıb.
Bu barədə 1news.az-a məhkəmədən məlumat verilib.
Məhkəmə Nərimanov rayon məhkəməsinin C.Hacıyevin həbs edilməsi haqda qərarı barədə təqdim olunan şikayəti təmin etməyib.
Onun həbs olunması barədə qərar qüvvədə qalıb.
Qeyd edək ki, C.Hacıyev dekabrın 5-i həbs edilib.
Dekabrın 9-u isə o, öz həbsi ilə bağlı apelyasiya şikayəti təqdim edib.
710