“Ağsaqqallar şurasının” rəhbəri sərbəst buraxılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Ağsaqqallar şurasının” rəhbəri sərbəst buraxılıb

10:50 - 10 / 12 / 2015
“Ağsaqqallar şurasının” rəhbəri sərbəst buraxılıb

“Ağsaqqallar şurasının” rəhbəri Natiq Kərimov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər İdarəsində ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

1news.az-ın verdiyi xəbərə görə, N.Kərimov Nardaranda baş vermiş hadisə ilə bağlı saxlanılmışdı.

Hazırda Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq əməkdaşları Nardaranda xüsusi əməliyyat həyata keçirirlər.

Xüsusi əməliyyat Prezident İlham Əliyevin başçılığı ilə həyata keçirilir, eyni zamanda əməliyyatın vəziyyəti ilə bağlı dövlət başçısına daim məruzələr verilir.

Xatırladaq ki, bundan əvvəl Nardaranda keçirilmiş xüsusi əməliyyat zamanı polisin 2 əməkdaşı həlak olub, ekstremist dəstənin 14 üzvü həbs olunub.

Nardaranda cinayət dəstənin üzvləri ilə atışma zamanı həlak olan polis əməkdaşları noyabrın 27-də dəfn olunublar. Prezident İlham Əliyev həlak olan polis serjantları – Vüqar Eyyub oğlu Nəsibovu və İsmayıl Rəsul oğlu Tağıyevi “Azərbaycan Bayrağı” ordeni ilə təltif edib (ölümündən sonra).

Qafqaz Müsəlmanları İdarəsi Nardaran qəsəbə sakinlərinin Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş bu fəaliyyətini qınayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Nardaranda polisə silah tətbiq etməyi terror aktına cəhd kimi qiymətləndirib.

1news.az

Paylaş:
656

Son xəbərlər

Bütün xəbərlər