Nardaran sakininin evindən qumbara və narkotik maddə tapıldı
![Nardaran sakininin evindən qumbara və narkotik maddə tapıldı](/images/articles/2015/12/11/thumb_20151211035622093.jpg?2021-02-17+09%3A23%3A32)
Polis əməkdaşları evində qumbara və narkotik maddə saxlayan şəxsi saxlayıblar.
1news.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə,Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Əli Əliyevin evindən “F-1” qumbarası və 3,95 qram heroin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
1news.az
719