Şəki sakininin evində silah və qanunsuz dini ədəbiyyat tapıldı
Şəki polisi evində qanunsuz silah və dini ədəbiyyat saxlayan rayon sakinini saxlayıb.
1news.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Şəki polisi əməkdaşları tərəfindən Kiçik Dəhnə kənd sakini Əzizbala Nəzirovun yaşadığı evə baxış zamanı müvafiq sənədləri olmayan, nömrəsi silinmiş, lüləsi kəsilmiş ov tüfəngi, 4 ədəd patron tapılıb.
Bundan başqa həmin evdə 36 ədəd yayılması və təbliği qadağan olunmuş dini ədəbiyyat və 26 ədəd CD disklər aşkar edilərək götürülüb.
Ə.Nəzirov tutulub. Faktla əlaqədar cinayət işi başlanıb.
1news.az
1089