Putin Suriyada Rusiya hərbçilərini təhdid edən istənilən qüvvələri məhv etməyi əmr etdi
Rusiya prezidenti Vladimir Putin Suriyada rusiyalı hərbçilərə təhlükə törədən qüvvələri məhv etməyə göstəriş verib.
1news.azРБК-yaistinadən xəbər verir ki, bu fikri Rusiya prezidenti Vladimir Putin Rusiya Müdafiə Nazirliyinin geniştərkibli kollegiyasında deyib.
"Suriyadakı terrorçular Rusiya üçün birbaşa təhlükədir. Rusiya Federasiyasının Suriyadakı fəaliyyəti mücərrəd maraqlar yox, ölkəni qorumaq niyyəti üçündür", - Putin bildirib.
Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri Suriyada terrorçulara ciddi ziyan vurub, onların hərəkətləri isə yüksək qiymətləndirilməlidir.
Dövlət başçısı eyni zamanda Rusiya Silahlı Qüvvələrinə hərəkətlərini İsrail, eləcə də ABŞ-ın başçılıq etdiyi koalisiyanın komanda məntəqələri ilə koordinasiya etməyi tapşırıb.
1news.az