KİV: İŞİD-də pasport çap edən qurğu ola bilər
ABŞ-ın güc strukturları xəbərdarlıq edir ki, İŞİD terror qrupu ölkə sərhəddini saxta pasportla keçə bilərlər.
Bu haqda “ABC News” ABŞ-ın Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarından birinin məruzəsinə əsaslanır. Sənədlər həqiqiyə oxşayır, çox güman ki, terrorçuların pasport çap edən dəzgahı, sənəd üçün ağ vərəqləri var.
Araşdırmalar göstərir ki, İŞİD “həqiqətə bənzəyən” pasportları ötən il yayda Deyr əz-Zor şəhərinə daxil olarkən çap ediblər. Məhz oradakı ofisdə ağ vərəq və çap maşınları saxlanılırdı.
Eyni zamanda araşdırmalarda qeyd olunur ki, bu cür saxta pasportlar Suriyada geniş yayılıb. Bu cür saxta sənədlər 200-400 dollar civarındadır.
Bu cür saxta sənədlər artıq Avropada aşkar olunub. Eyni zamanda belə saxta sənədlərdən Parisə basqın edən terrorçular da istifadə ediblər.
Lifenews