Hindistana daşqınların vurduğu zərər 3 milyard dolları ötüb - FOTO | 1news.az | Xəbərlər
Dünya

Hindistana daşqınların vurduğu zərər 3 milyard dolları ötüb - FOTO

14:41 - 12 / 12 / 2015
Hindistana daşqınların vurduğu zərər 3 milyard dolları ötüb - FOTO

Hindistanın cənubunda leysan yağışlar nəticəsində baş verən daşqınların vurduğu zərər 200 milyard rupini (3 milyard dollar) keçib. Bu barədə “Aon Benfield” sığorta brokerinin məruzəsində deyilir.

1news.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, “The Financial express” qəzetinin məlumatına əsasən, təkcə “General Insurance Corporation” şirkətinin zərərçəkənlərə ödəyəcəyi sığorta xərcləri təxminən 20 milyard rupi (300 milyon dollar) təşkil edir.

Xatırladaq ki, Hindistanın cənubunda baş verən daşqınlar Tamilnad, Andxra-Pradeş ştatlarına və Puduçerri ittifaq ərazisinə ziyan vurub. Ən böyük zərər isə yüz ilin ən şiddətli yağıntısının düşdüyü Tamilnad ştatına dəyib.

Təbii fəlakət nəticəsində həlak olanların sayı 400 nəfəri ötüb, 2 milyon nəfərədək insan isə öz evini tərk etmək məcburiyyətində qalıb.

Paylaş:
648

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRHBu gün, 20:24Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46
Bütün xəbərlər