Zimbabvenin 91 yaşlı prezidenti çıxışı zamanı dolaşığa düşüb | 1news.az | Xəbərlər
Dünya

Zimbabvenin 91 yaşlı prezidenti çıxışı zamanı dolaşığa düşüb

18:03 - 12 / 12 / 2015
Zimbabvenin 91 yaşlı prezidenti çıxışı zamanı dolaşığa düşüb

Zimbabvenin lideri Robert Muqabe son aylar etdiyi çıxışları zamanı ikinci dəfə pis vəziyyətə düşüb.

1news.az Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, insident hakim partiyanın ənənəvi illik konfransında baş verib. Prezident ona lazımi çıxışın olduğu vərəq verilənə qədər təxminən yarım dəqiqə ərzində tamam başqa mətni oxuyub.

Muqabe analoji hadisə ilə iki ay əvvəl parlamentin iclasında da üzləşmişdi.

Xatırladaq ki, 91 yaşlı prezident ölkəyə 1980-ci ildən başçılıq edir. Onun növbəti prezidentlik müddəti 2018-ci ildə başa çatır. Ekspertlərin fikrincə, hakim partiya seçkilərdə Robert Muqabenin namizədliyini yenidən irəli sürəcək.

Paylaş:
688

Son xəbərlər

Bütün xəbərlər