Voronej yaxınlığındakı internatda güclü yanğın nəticəsində 21 nəfər həlak olub | 1news.az | Xəbərlər
Dünya

Voronej yaxınlığındakı internatda güclü yanğın nəticəsində 21 nəfər həlak olub

11:00 - 13 / 12 / 2015
Voronej yaxınlığındakı internatda güclü yanğın nəticəsində 21 nəfər həlak olub

Dekabrın 13-nə keçən gecə Voronej yaxınlığındakı psixonevroloji internatda güclü yanğın baş verib.

1news.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, son məlumata görə, yanğın nəticəsində 21 nəfər həlak olub, 22 nəfər xəstəxanaya yerləşdirilib. Xəsarət alanların bir çoxu ağır vəziyyətdədir. Daha iki nəfərin axtarışı isə davam etdirilir.

Hadisə baş verərkən binada 74 nəfər, o cümlədən 4 tibb işçisi olub. Yanğının söndürülməsi üç saata yaxın çəkib. İnternatın korpusu tamamilə yanıb.

Paylaş:
794

Son xəbərlər

Bütün xəbərlər