“Twitter” istifadəçilərini mümkün təhlükə ilə bağlı xəbərdar edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Twitter” istifadəçilərini mümkün təhlükə ilə bağlı xəbərdar edib

10:25 - 14 / 12 / 2015
 “Twitter” istifadəçilərini mümkün təhlükə ilə bağlı xəbərdar edib

“Twitter” sosial şəbəkəsi bəzi istifadəçilərinə “dövlət sponsorluğu” ilə dəstəklənən xakerlər tərəfindən onların hasablarının  açılması təhlükəsi ilə bağlı xəbərdarlıq məktubu göndərib.

1news.az xəbər verir ki, Financial Times-ın məlumatına görə, xakerləri konkret hansı ölkənin dəstəklədiyi məktubda bildirilmir.

Şirkət rəsmiləri belə hesab edir ki,xakerlər istifadəçilərin telefon nömrələri, elektron ünvan və IP ünvanlarını ələ keçirmək istəyib və müəyyən qism   “Twitter” hesabı sahiblərinə zərər vurub. Bu və digər hallara əsasən şirkət araşdırma aparır. 

“Twitter” istifadəçiləri arasında aparılan sorğuya əsasən müəyyən olunub ki, hər 5 nəfərdən biri belə bir xəbərdarlıq məktubu alır. Şirkətdən bunu təsdiq etsələr də, məsələ ilə bağlı heç bir açıqlama verilməyib.

Qeyd edə ki, “Twitter”in aktiv  istifadəçilərinin sayı 320 milyon nəfərdir. Ümumilikdə isə bu sosial şəbəkədə 500 milyondan artıq hesab qeydiyyatdan keçib.

Paylaş:
722

Son xəbərlər

Şamaxıda zəlzələ olub

12 / 04 / 2025, 16:10

Azərbaycan nefti bahalaşıb

12 / 04 / 2025, 12:06
Bütün xəbərlər