Azərbaycanda dayə, repetitor və ustalar da vergi ödəyəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda dayə, repetitor və ustalar da vergi ödəyəcək

17:35 - 15 / 12 / 2015
Azərbaycanda dayə, repetitor və ustalar da vergi ödəyəcək

Vergilər Nazirliyi fərdi xidmətlər göstərən şəxslərdən vergi tutulması mexanizmlərini hazırlayır. 

1news.azxəbər verir ki, bu sözləri vergilər nazirinin birinci müavini Natiq Əmirov mətbuat konfransında deyib.

Nazirin birinci müavini deyib ki, biz dayələrin, repetitorların, ustaların və digər şəxslərin göstərdikləri xidmətlərdən hansı formada vergi tutulacağını müzakirə edirik:

“Bu, patentlər, sadələşdirilmiş bəyannamə və s. ola bilər. Bu sahədə beynəlxalq təcrübə öyrənilir və yekun qərar hələ qəbul edilməyib”.

1news.az

 

 

Paylaş:
847

Son xəbərlər

Bütün xəbərlər