Devid Kemeron Azərbaycan Prezidentinə başsağlığı verdi | 1news.az | Xəbərlər
Rəsmi

Devid Kemeron Azərbaycan Prezidentinə başsağlığı verdi

18:27 - 15 / 12 / 2015
Devid Kemeron Azərbaycan Prezidentinə başsağlığı verdi

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeron Azərbaycanın Prezidenti İlham Əliyevə dekabrın 4-də “Günəşli” dəniz neft yatağındakı platformada baş verən faciə ilə bağlı başsağlığı verib.

1news.az-ın Azərbaycan Prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, başsağlığında deyilir:

“Dekabrın 4-də “Günəşli” dəniz neft yatağındakı platformada baş verən yanğın nəticəsində insanların həlak olması ixəbəri məni dərindən kədərləndirdi.

Birləşmiş Krallığın hökuməti və xalqı adından qəza nəticəsində doğmalarını itirən ailələrə dərin hüznlə başsağlığı verir, itkin düşənlərin axtarışını davam etdirən xilasedicilərə uğur diləyir, xəsarət alanların tezliklə sağalmalarını arzu edirəm.

Bu kədərli günlərdə Sizin və Azərbaycan xalqının yanında olduğumu bildirirəm”.

President.az

Paylaş:
814

Son xəbərlər

Bütün xəbərlər