Prezident İlham Əliyev Bəhreynin kralını təbrik etdi
Azərbaycanın Prezidenti İlham Əliyev Bəhreynin kralı Əlahəzrət şeyx Həməd bin İsa Al Xəlifəni ölkənin Milli günü münasibətilə təbrik edib.
1news.az-ın Azərbaycan Prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, təbrikdə deyilir:
“Bəhreyn Krallığının Milli günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Əminəm ki, Azərbaycan ilə Bəhreyn arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Bəhreyn xalqına daim sülh və rifah arzulayıram”.
President.az
723