İran tərəfi Türkiyə ilə görüşdə təhqir edildiyini iddia edir
Türkmənistanda keçirilən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və İran prezidentinin birinci köməkçisi İshaq Cahangirinin görüşməsi skandala səbəb olub.
İranın bəzi KİV-ləri Ərdoğanla görüşdə İran bayrağının olmamasını, oturacaqların fərqli olmasını və Türkiyə prezidentinin oturuş tərzini bir təhqir kimi alqılayıblar.
İSNA xəbər agentliyinin məlumataına görə, adının açıqlanmasını istəməyən İranın hökümət təmsilçisi lazım bildikdə ölkəsinin siyasi qaydalara uyğun olaraq buna cavab verəcəyini bildirib.
Qeyd edək ki, bununla belə, İran rəsmiləri yerli KİV-lərin təhqirlə bağlı iddialarını rədd edib.
Milliyet
816