ABŞ-da 109 sərnişini olan təyyarənin qanadının bir hissəsi qopdu – FOTO | 1news.az | Xəbərlər
Dünya

ABŞ-da 109 sərnişini olan təyyarənin qanadının bir hissəsi qopdu – FOTO

09:46 - 15 / 12 / 2015
ABŞ-da 109 sərnişini olan təyyarənin qanadının bir hissəsi  qopdu – FOTO

Southwest Airlines aviaşirkətinin təyyarəsi Amerikanın San-Antonio şəhərində (Texas ştatı) qəza enişi edib.

1news.az Lenta.ru-ya istinadən xəbər verir  ki, Airlive portalının məlumatına görə, uçuş zamanı laynerin qanadının bir hissəsi qopub..

“Boeing 737” Ostin-Harlinqen reysini həyata keçiridi. Göyərtədə 109 sərnişin və beş ekipaj üzvü olub. Hadisə nəticəsində xəsarət alan yoxdur”, - deyə, məlumatda qeyd olunur.

Sərnişinlərdən birinin sözlərinə görə, təyyarənin sol qanadının bir hissəsi qopub.

“Mən bir neçə nəfərin qanadın bir hissəsinin qopduğunu qışqırmasını eşitdim. Güclü turbulentlik yarandı”, - Lorentso Ernandes öz Facebook səhifəsində yazıb.

O qeyd edib ki, bəzi sərnişinlər dua etməyə, digərləri isə qanadı çəkməyə başlayıblar. Bir neçə dəqiqədən sonra vəziyyət sabitləşib və təyyarə rahat şəkildə yerə enib.

Paylaş:
1183

Son xəbərlər

Bütün xəbərlər