Polis Türkiyənin dörd əyalətində əməliyyat həyata keçirib
Bu gün səhər Türkiyənin dörd əyalətində “Nurçular” dini təriqətinin lideri olan Fətulla Gülən tərəfdarlarının saxlanılması istiqamətində polis əməliyyat həyata keçirib.
1news.az “Milliyet” qəzetinə istinadla xəbər verir ki, həbslər və axtarışlar 17 ünvanda keçirilib. Amma buna baxmayaraq əsas diqqət Adanaya yönəldilib.
Əməliyyatlar hələ də davam edir. Saxlanılanların sayı barədə heç bir məlumat verilməyib.
1news.az
703