Tanınmış özbək tədqiqatçısının erməni terrorizmi haqqında kitabı nəşr olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Tanınmış özbək tədqiqatçısının erməni terrorizmi haqqında kitabı nəşr olunub

10:27 - 15 / 12 / 2015
Tanınmış özbək tədqiqatçısının erməni terrorizmi haqqında kitabı nəşr olunub

Tanınmış özbək yazıçı-publisisti Şöhrət Salamovun (Şöhrət Barlas) «Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək» adlı növbəti kitabı rus dilində çapdan çıxıb.

1news.az-ın məlumatına görə, kitab Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin və Azərbaycan Respublikasının Özbəkistandakı səfirliyinin dəstəyi ilə işıq üzü görüb.

Müasir dövrdə bəşəriyyətə, qlobal sülh və təhlükəsizliyə, xalqların əməkdaşlığına qarşı yönəldilən ən böyük təhdid beynəlxalq terrorizm və onun müxtəlif təzahürlərinə münasibətdə ikili standartların, geosiyasi maraqların hələ də mövcud olmasıdır. Bu baxımdan,  Ş.Salamovun bu kitabı həmin aktual mövzuya toxunmaqla beynəlxalq terrorizmin tərkib hissəsiolan erməni terrorizminin genezisinə, onun XIX-XX əsrlərdə türk mənşəli xalqlara, müsəlmanlara qarşı həyata keçirdiyikütləvi cinayətlərin siyasi, etnik və dini mahiyyətinin açıqlanmasına həsr edilib.

Arxiv sənədlərinə əsasən, 1918-1920-ci illərdə Mərkəzi Asiyadakı türk xalqlarının milli dövlətçiliklərini bərpası uğrunda apardıqları azadlıq mübarizələrinin qarşısını almaq məqsədilə Qafqazdan xüsusi olaraq göndərilən cəza dəstələrinin - bolşevik-daşnak hərbibirləşmələrinin burada törətdikləri soyqırım aktları nəticəsində təkcə Fərqanə vadisində on minlərlə özbək xüsusi amansızlıqla qətlə yetirilib, işgəncələrə məruz qalıb, kənd və şəhərlər, dini tikililər, tarixi binalar dağıdılıb.

Bundan başqa, 1989-cu ildə baş vermiş Fərqanə hadisələrinin istintaq araşdırmaları zamanı Axıska türklərinə qarşı kütləvi terror və etnik təmizləmə siyasətinin həyata keçirilməsində, burada milli zəmində ədavətin salınmasında Ermənistanın və Özbəkistanda fəaliyyət göstərən erməni millətçi təşkilatlarının da izi müəyyən edilib.

Ş.Salamov «Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək» kitabında ilk dəfə olaraq, dinc əhaliyə qarşı yönəldilmiş həmin kütləvi qırğın aktlarının eyni siyasi-ideoloji mənbədən, etnik türklərə qarşıpatoloji nifrətdən qaynaqlandığını sübuta yetirməklə yanaşı, onların lokal xarakter daşımadığını, XX əsrin əvvəllərində Anadoluda və tarixi Azərbaycan ərazilərində törətdiyi qanlı cinayətlərin məntiqi davamı kimi dəyərləndirib, ötən əsrin 80-ci illərinin sonlarında Ermənistanın Azərbaycana qarşı və azərbaycanlılara qarşı yürütdüyü işğalçılıq, etnik təmizləməvə vandalizm siyasəti arasında ssenari eyniliyinin və paralellərin olduğunu göstərib.

Ş.Salamovun bu kitabının əsas missiyası özbək oxucularını Azərbaycan həqiqətləri, azərbaycanlıları isə ötən əsrinəvvəllərində qardaş Özbəkistanda baş vermiş olaylarla tanış etməkdir.

Qeyd edək ki, «Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək» kitabının müxtəlif dillərə tərcümə olunması və yayılması da nəzərdə tutulub.

1news.az

Paylaş:
581

Son xəbərlər

Bütün xəbərlər