Şəki sahibkarlarından investisiya layihələrinin qəbuluna başlanılır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Şəki sahibkarlarından investisiya layihələrinin qəbuluna başlanılır

10:40 - 15 / 12 / 2015
Şəki sahibkarlarından investisiya layihələrinin qəbuluna başlanılır

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2015-ci il dekabrın 10-da Şəki rayonunun Qoxmuq kəndində işgüzar forum keçirib.

1news.az xəbər verir ki, fonddan verilən məlumata görə, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- iri fermer, cins heyvandarlıq, intensiv bağçılıq və arıçılıq təsərrüfatlarının (o cümlədən, balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisəsinin) yaradılması;

- pendir, meyvə emalı və qablaşdırılması, üzlüklər, dam örtükləri və corab istehsalı müəssisələrinin yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

Paylaş:
621

Son xəbərlər

Şamaxıda zəlzələ olub

12 / 04 / 2025, 16:10

Azərbaycan nefti bahalaşıb

12 / 04 / 2025, 12:06
Bütün xəbərlər