Milyarderin oğlu mehmanxanada anasını boğaraq öldürüb– FOTO-VİDEO
Rusiyada məşhur milyarder İqor Sosinin oğlu Kazanda “Korston” otelində anasını boğaraq öldürüb.
1news.az REN.TV-yəistinadən xəbər verir ki, dekabrın 10-da mehmanxananın işçiləri polisə qonaqların birindən şikayət ediblər.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları otelin dəhlizində narkotik vasitənin təsiri altında olan gənci, onun qaldığı nömrədə isə qadın meyiti tapıblar. Müəyyən olunub ki, qadın onun anasıdır.Cəsədin üzərində zorakılıq əlamətləri aşkar edilib.
Qeyd edək ki, milyarder İqor Sosin Rusiyada “Starik Xottabıç” mağazalar şəbəkəsinin sahibidir.
1news.az
1106