Bank of Baku Bolkart Diamond – Premium Kartının yeniliklərini təqdim edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bank of Baku Bolkart Diamond – Premium Kartının yeniliklərini təqdim edib

12:15 - 15 / 12 / 2015
Bank of Baku Bolkart Diamond – Premium Kartının yeniliklərini təqdim edib

Bir müddət öncə Azəraycanın ilk hissə-hissə ödənişli kredit kartı Bolkart yenilənərək hər kəsə özəl 5 yeni kartını təqdim etdi. Gənclər üçün Bolkart Gənc, ailə üzvlərini bir araya gətirəcək Bolkart Ailə, biznes ilə məşğul olan şəxslər üçün Bolkart Biznes və premium kartlar seriyasından dövlət və özəl müəssisələrində çalışan şəxslərə Bolkart Gold və Bolkart Diamond kartlarını təqdim etdi.

1news.az –a Bank of Baku-nun mətbuat xidmətindən verilən məlumata görə, hər kəsin ehtiyac və tələbinə cavab verən bu 5 fərqli Bolkart, sahiblərinə rahat alış-veriş imkanı ilə yanaşı, bir çox əlavə üstünlüklər də qazandırır. Belə ki, müştərilər istər ölkədaxili partnyor mağaza şəbəkələrində, istərsə də,  xaricdə və eləcə də, internet vasitəsilə etdikləri alış-veriş zamanı ballar qazanır və daha sonra həmin balları yenidən alış-veriş üçün istifadə edə bilirlər.

Müştərilərə xərclədikləri vəsaiti ballar vasitəsilə geri qaytaran Bank of Baku-nun bu unikal məhsulu Bolkart Diamond sahiblərinə daha böyük üstünlüklər qazandırır. Belə ki, Bolkart Diamond kartı ilə edilən alış-verişlər ballar qazandırmaqla yanaşı, sahiblərinə MİL-lər və bununla da pulsuz aviabilet qazanmaq şansı verir. Bununla yanaşı, Bolkart Diamond sahiblərinə pulsuz səyahət sığortası, (012) 50 50 145 nömrəsi ilə özəl xidmət, maksimal bal qazanmaq imkanı və pulsuz 1 illik Priority Pass kartı əldə etmək imkanı da verilir.

Priority Pass kartı – dünyanın 120 ölkəsində, 400 şəhər və 700 hava limanında nüfuzlu və VİP zallara keçid imkanı verən kart növüdür. Bu kart aviaşirkət və uçuş sinfindən asılı olmayaraq bütün bilet sahiblərinə hava limanında mövcud olan VİP zallara sərbəst daxil olma və ordakı xidmətlərdən faydalanma imkanı qazandırır.

Bu üstünlüklərə əlavə olaraq, müştərilər istənilən vaxt heç bir kampaniyanı gözləmədən kartın ümumi limitinin 25%-dək hissəsini nağdlaşdıra və ödəniş tarixlərini özlərinə uyğun şəkildə ya təqvim ayının 1-dən 15-dək və ya 16-dan ayın son gününədək təyin edə bilərlər.

Kartı dövlət və özəl müəssisələrində çalışan və əmək haqqı məbləği 3000 AZN və daha yuxarı olan müştərilər əldə edə bilərlər. Kartın kredit limiti minimum 1.000 maksimum 10.000 AZN olmaqla 60 ayadək müddətə verilir.

Dövlət və özəl müssisələrində çalışan və əmək haqqı məbləği 1000 AZN və daha yuxarı olan şəxslər isə premium kartlar seriyasından olan Bolkart Gold kartına yiyələnə bilərlər.

18 yaşından yuxarı istənilən şəxs həm Bolkart Gold, həm də Bolkart Diamond kartlarını debet kart kimi iş yerindən arayış tələb olunmadan əldə edə bilərlər.

Daha ətraflı:

145 məlumat mərkəzi

www.bolkart.az

www.facebook.com/bolkart

Paylaş:
994

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər