Natiq Şirinov: Cərimə kafe və restoranlara aid deyil | 1news.az | Xəbərlər
İqtisadiyyat

Natiq Şirinov: Cərimə kafe və restoranlara aid deyil

12:30 - 15 / 12 / 2015
Natiq Şirinov: Cərimə kafe və restoranlara aid deyil

Spirtli içkilərin nağd satışına görə müəyyən olunmuş cərimə  kafe və restoranlara aid deyil.

1news.az-ın məlumatına görə, bunu Vergilər Nazirliyində keçirilmiş mətbuat konfransında Nazirliyin Strateji Araşdırmalar və Vergi Siyasəti Baş İdarəsinin rəisi Natiq Şirinov deyib.

“İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliyə görə, aksiz markaları ilə markalanmalı olan və dəyəri 50 manata qədər olan məhsulların nağd qaydada satışı inzibati xəta hesab olunur və 100 manat cərimə olunur.

Lakin ictimai iaşə obyektlərində, kafelərdə, restoranlarda spirtli içkilərin süzülmə ilə satışı nəzərdə tutulduğundan,  yəni orada alıb içildiyindən inzibati məsuliyyətin tətbiqi nəzərdə tutulmur”- deyə, N.Şirinov qeyd edib.

1news.az

Paylaş:
1043

Son xəbərlər

Şamaxıda zəlzələ olub

12 / 04 / 2025, 16:10

Azərbaycan nefti bahalaşıb

12 / 04 / 2025, 12:06
Bütün xəbərlər