Azərbaycanda daha üç kəndə ilk dəfə qaz verilib
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Şəmkir rayonunun Günəşli, Qaralar və Yuxarı Çaykənd kəndlərinə ilk dəfə təbii qaz verilib.
1news.az SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və İB-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd olunub ki, ümumilikdə 411 abonenti olan kəndlərin qazlaşdırılması zamanı birpilləli sistem əsasında 35,7 km-dən artıq müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
581