Qeyri-neft sektorunda məhsul istehsalı artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Qeyri-neft sektorunda məhsul istehsalı artıb

13:28 - 16 / 12 / 2015
Qeyri-neft sektorunda məhsul istehsalı artıb

Bu ilin yanvar-noyabr aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 24,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,0 faiz çox sənaye məhsulu istehsal edilib.

1news.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunub.

Məlumata görə, sənaye məhsulunun 62,4 faizi mədənçıxarma sektorunda, 29,5 faizi emal sektorunda, 7,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda məhsul istehsalı 2,8 faiz, o cümlədən əmtəəlik qaz hasilatı 6,3 faiz artıb, neft hasilatı isə 0,4 faiz azalıb.

Emal sektorunda qida məhsullarının istehsalı 3,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 8,7 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 52,9 faiz, kağız və karton istehsalı 15,8 faiz, poliqrafiya məhsullarının istehsalı 79,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 48,0 faiz, tikinti materiallarının istehsalı 4,6 faiz, hazır metal məhsullarının istehsalı 58,6 faiz, kompyuter, elektron və optik məhsulların istehsalı 2,0 dəfə, elektrik avadanlıqlarının istehsalı 6,7 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 4,5 faiz, mebel istehsalı 9,1 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işlərinin həcmi 2,1 dəfə artmış, toxuculuq məhsullarının istehsalı 60,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 26,7 faiz, geyim istehsalı 40,8 faiz, içkilərin istehsalı isə 10,1 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində istehsalın həcmi 0,3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində isə 2,0 faiz artıb.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 7,5 faiz, neft sektorunda isə 0,6 faiz artıb.

1news.az

Paylaş:
997

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər