Avakov Saakaşvilini təhqir edib – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Avakov Saakaşvilini təhqir edib – VİDEO

20:49 - 16 / 12 / 2015
Avakov Saakaşvilini təhqir edib – VİDEO

Facebook sosial şəbəkəsində Ukraynanın Odessa vilayətinin dövlət adminstrasiyasının rəhbəri Mixeil Saakaşvilinin ölkənin Daxili İşlər Naziri, əslən erməni olan, Arsen Avakovun dava etməsi görüntüləri yayılıb.

1news.az-ın verdiyi məlumata əsasən, bundan əvvəl  olaraq M.Saakaşvili Ukrayna prezidentinin administrasiyasından bu videogörüntünün tam olaraq yaymasını tələb edib.

Qeyd edək ki, tədbir əsnasında Saakaşvili və Avakov hisslərini cilovlaya bilməyiblər və qarşılıqlı ittihamlara keçiblər.

Ukraynanın Daxili İşlər Naziri isə daha irəli gedərək Saakaşvilinin ünvanına təhqiramiz sözlər işlədib.

“Sən boşboğazsan, artistsən, yüngül, arsız”, - deyə Avakov Saakaşvilinin korrupsiya ilə bağlı ittihamlarına cavab verib.

Paylaş:
1332

Son xəbərlər

Bütün xəbərlər