London hərracında Marqaret Tetçerin əşyaları 5 milyon dollara satılıb | 1news.az | Xəbərlər
Dünya

London hərracında Marqaret Tetçerin əşyaları 5 milyon dollara satılıb

09:58 - 16 / 12 / 2015
London hərracında Marqaret Tetçerin əşyaları 5 milyon dollara satılıb

Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçerin şəxsi əşyaları “Christie's” hərracında 5 milyon dollara (3,3 milyon funta) satılıb, bu haqda “Guardian” nəşriyyatı məlumat verir.

1news.az-ın “РИА Новости”-yə istinadla verdiyi xəbərə görə, əşyalardan ən bahalısı Tetçerə keçmiş ABŞ prezidenti tərəfindən verilmiş qartal heykəli olub. Bu lota 400 min dollar ödənib. İlkin lot olaraq onun qiyməti 12 mindən başlayıb.

Bütün tender əməliyyatına 150 lot təklif olunub, 200 lot da onlayn-ticarətə yerləşdirilib.

KİV-in yaydığı məlumata görə, ticarət üçün təklif olunan kolleksiyanıMarqaret Tetçerin qohumları tərəfindən qoyulub, belə ki, onlar bu barədə ciddi mübahisə ediblərmiş. Guya ki daha əvvəl kolleksiya Londonun Viktoriya və Albert muzeylərində daimi ekspozisiya üçün təklif olunubmuş və bu təklif muzey tərəfindən imtina olunub. Lakin muzey bu məlumatı təkzib edir.

Xatırladaq ki, Tetçer İngiltərə hakimiyyətinə 1979-cu ildən 1990-cı ilədək rəhbərlik edib. Yaşasaydı bu il onun 90 yaşı olardı.

1news.az

Paylaş:
627

Son xəbərlər

Bütün xəbərlər