FHN-in kollektivi Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN-in kollektivi Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

12:14 - 16 / 12 / 2015
FHN-in kollektivi Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılığı ilə nazirliyin rəhbər heyəti və əməkdaşları Fövqəladə Hallar Nazirliyinin yaranmasının 10 illiyi münasibətilə Fəxri xiyabanda Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarlarını ziyarət edib.

1news.az-ın məlumatına görə, Heydər Əliyevin məzarı önünə əklil qoyulub, Zərifə Əliyevanın məzarı üzərinə güllər düzülüb.

Daha sonra Şəhidlər xiyabanı ziyarət edilib, şəhidlərin məzarları üzərinə güllər düzülüb, “Əbədi məşəl” kompleksi önünə əklil qoyulub.

Qeyd edək ki, 16 dekabr Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günüdür. Fəaliyyət göstərdiyi 10 il ərzində Nazirlik fövqəladə hallar sahəsində etibarlı şəbəkənin yaradılması, mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen hallardan, mümkün terror hadisələrindən qorunması, yanğın və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı mühüm işlər görüb.

2005-ci dekabrın 16-da Prezident İlham Əliyev ölkədə Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb. Ölkə başçısının bir il sonra hər il dekabrın 16-nın Nazirlik işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi ilə bağlı imzaladığı sərəncam isə bu sahəyə göstərilən diqqət və qayğının daha bir nümunəsidir.

Nazirlik yarandığı gündən mülki müdafiə və ərazilərin təbii, həmçinin texnogen xarakterli fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində, tikintidə bir sözlə əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün vacib olan işləri geniş miqyasda həyata keçirməyə başlayıb. İlk günlərdən effektiv nəticələr əldə edə bilmək üçün nazirlik beynəlxalq əməkdaşlığı da prioritet məsələ kimi diqqətdə saxlayıb.

Qısa müddət ərzində Rusiya, Türkiyə, Fransa, Belarus, Koreya, Almaniya, Rumıniya və digər ölkələrlə əlaqələr möhkəmlənib. Beynəlxalq və regional təşkilatlarla da əməkdaşlıq əlaqələri qurulub.

1news.az

Paylaş:
700

Son xəbərlər

Bütün xəbərlər