Elmar Məmmədyarov Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Əsəd Jose Jater Penanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
XİN-dən verilən məlumata əsasən, görüşdə Azərbaycan və Kolumbiya arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu.
Ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi üçün qarşılıqlı biznes forumların keçirilməsinin zəruriliyi vurğulandı.
Əsəd Jose Jater Pena diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi.
Nazir Elmar Məmmədyarov Azərbaycan və Kolumbiya arasında münasibətlərin inkişafına verdiyi töhfələrinə görə Əsəd Jose Jater Penaya təşəkkürünü ifadə etdi və ona gələcək fəaliyyətində uğurlar arzu etdi.
1news.az