Azərbaycan Prezidenti Masallıda ASAN Xidmət kompleksinin tikilməsi üçün 9 milyon manat ayırdı | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Prezidenti Masallıda ASAN Xidmət kompleksinin tikilməsi üçün 9 milyon manat ayırdı

19:30 - 17 / 12 / 2015
Azərbaycan Prezidenti Masallıda ASAN Xidmət kompleksinin tikilməsi üçün 9 milyon manat ayırdı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Masallı rayonunda regional “ASAN xidmət” kompleksinin tikintisi ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az-ın Azərbaycan Prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, sərəncamda deyilir:

“Masallı rayonunda regional “ASAN xidmət” kompleksinin tikintisinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraqqərara alıram:

1. Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə Masallı rayonunda regional “ASAN xidmət” kompleksinin tikintisi üçün 9,0 (doqquz) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin”.

President.az

Paylaş:
945

Son xəbərlər

Bütün xəbərlər