Türkiyənin baş naziri Prezident İlham Əliyevə başsağlığı verdi
Türkiyənin baş naziri Əhməd Davudoğlu Azərbaycanın Prezidenti İlham Əliyevə “Günəşli” neft yatağının 10 saylı platformasında baş vermiş faciə ilə bağlı başsağlığı verib.
1news.az-ın Azərbaycan Prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, bassağlığında deyilir:
“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli Prezident, əziz qardaşım,
Dekabrın 4-də qardaş Azərbaycana rəsmi səfərdən qayıdandan sonra Xəzər dənizinin “Günəşli” yatağındakı 10 saylı platformada yanğın nəticəsində insan ölümü ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladım.
Hökumətim adından və şəxsən öz adımdan qəzada həyatını itirənlərə Allahdan rəhmət, xəsarət alanlara şəfa diləyir, Zati-alinizə, həlak olan insanların ailələrinə və qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm”.
President.az