"BakuBus"da "wi-fi" şəbəkəsinin qurulması təxirə salınıb
"BakuBus" MMC daxili əhatə dairəsini təkmilləşdirmək və bütün əsas inzibati, yaşayış, kommersiya və satış obyektlərində keyfiyyətli və əhatəli İBS və "wi-fi" şəbəkəsinin qurulması barədə keçirdiyi tenderi ləğv edib.
1news.az MMC-nin yaydığı məlumata istinadən xəbər verir ki, tenderin keçirilməsi barədə elan oktyabr ayının 3-də verilib.
Bu addımın atılmasına səbəb kimi tender təklifi vermiş iddiaçıların sayının 3-dən az olması göstərilir.
826