Ermənistanda bir ailənin 7 üzvünü öldürməkdə təqsirləndirilən rusiyalı hərbçinin məhkəməsi başlayıb -FOTO | 1news.az | Xəbərlər
Dünya

Ermənistanda bir ailənin 7 üzvünü öldürməkdə təqsirləndirilən rusiyalı hərbçinin məhkəməsi başlayıb -FOTO

14:34 - 18 / 12 / 2015
 Ermənistanda bir ailənin 7 üzvünü öldürməkdə təqsirləndirilən rusiyalı hərbçinin məhkəməsi başlayıb -FOTO

Ermənistanda bir ailənin 7 üzvünü öldürməkdə təqsirləndirilən rusiyalı hərbçi Valeri Permyakovun məhkəməsi başlayıb.

1news.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, məhkəmə prosesində qətl ilə bağlı yeni sensasiyalı bilgilər ortaya çıxıb.

Vəkil Yerem Sarkisyan bildirib ki, V.Permyakov “Odnoklassniki” adlı sosial şəbəkədə satanistlər qrupuna qoşularaq şeytanla anlaşıb və bir neçə nəfəri qurban kəsəcəyini vəd edib. Onun sözlərinə görə, vəkillər bu istiqamətdə araşdırmanın aparılmasını təklif etsə də, müstəntiq bunu rədd edib.

Dövlət ittihamçısı müvafiq materiallarla tanış olmadığını bildirdikdən sonra hakim məsələyə məhkəmənin növbəti mərhələsində baxılacağını deyib.

Xatırladaq ki, 2015-ci ilin yanvarın 12-də Gümrüdəki 102 saylı Rusiya hərbi bazasında xidmət edən V.Permyakov bir ailənin 6 üzvünü qətlə yetirib. Hadisə zamanı yaralanmış 6 aylıq uşaq isə bir neçə gündən sonra xəstəxanada ölüb. V.Permyakov qətli törətdiyini etiraf edib.

 

1news.az

Paylaş:
1284

Son xəbərlər

Cəlil Xəlilov: “Onlar bu gün də xalqımızın rifahı üçün əzm və fədakarlıqla çalışmaqdadır”Bu gün, 10:20Azərbaycan və BƏƏ COP29-la əlaqədar mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirirBu gün, 10:19Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİBBu gün, 10:16Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 10:08Dünya bazarlarında qızılın qiyməti bahalaşıbBu gün, 09:52COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcəkBu gün, 09:38Azərbaycan neftinin qiyməti 78 dolları keçibBu gün, 09:28İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edibBu gün, 09:1920 sentyabra olan valyuta məzənnələri açıqladıBu gün, 09:16Prezident Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edibBu gün, 09:10Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilirBu gün, 09:06Binəqədidə restoranda yanğın olubBu gün, 09:06Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edibBu gün, 09:03Murad İsmiyevin növbəti uğuru - FOTO19 / 09 / 2024, 19:12Nəsimidə qəzaya görə yola qoyulan məhdudiyyət aradan qaldırılıb - FOTO - YENİLƏNİB19 / 09 / 2024, 18:27Azərbaycan komandası “Teknofest”də yarışın qalibi olub19 / 09 / 2024, 17:47Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşuldu19 / 09 / 2024, 17:45İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB19 / 09 / 2024, 17:43Azərbaycanda ötən il ilk dəfə nikaha daxil olanların yaş qrupları açıqlanıb19 / 09 / 2024, 17:35Paytaxtın daha bir küçəsində hərəkət qismən məhdudlaşdırılacaq19 / 09 / 2024, 17:23
Bütün xəbərlər