Ağdam sakini ov tüfəngi ilə həmyerlisini güllələdi
Ağdam sakini mübahisə etdiyi həmyerlisini ov tüfəngi ilə vurub.
1news.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, hadisə dünən Tərtər rayonunun İsmayılbəyli kəndində qeydə alınıb.
Belə ki, Ağdam rayon sakini Nabil Aslanov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi Anar Aslanova xəsarət yetirib.
N.Aslanov könüllü olaraq Tərtər Rayon Polis Şöbəsinə gələrək hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəngi də təhvil verib.
Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar aparılır.
1news.az
1051