ETSN: “Günəşli” yatağında qəza nəticəsində Xəzərdə neft dağılmaları müşahidə olunmayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

ETSN: “Günəşli” yatağında qəza nəticəsində Xəzərdə neft dağılmaları müşahidə olunmayıb

14:44 - 18 / 12 / 2015
ETSN: “Günəşli” yatağında qəza nəticəsində Xəzərdə neft dağılmaları müşahidə olunmayıb

“Xəzər dənizinin “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində atmosfer müəyyən mənada çirklənməyə məruz qalır. Ancaq qəza nəticəsində Xəzər dənizində neft dağılmaları müşahidə olunmayıb”.

1news.az-nın xəbərinə görə, bunu hazırda “Günəşli” yatağındakı 10-cu özüldə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Mirsalam Qəmbərov nazirlikdə keçirilən mətbuat konfransında canlı bağlantı zamanı deyib.

O qeyd edib ki, bu gün SOCAR, BP və digər aidiyyəti qurumların texniki vasitələri neft dağılmaları baş verəcəyi təqdirdə qabaqlayıcı tədbirlər görəcək.

“Ümumi olaraq platformada 28 quyu var. Onlardan 21-i neft quyusudur ki, fəaliyyətsizdirlər. 7-si isə qaz quyusudur. Onlar atmosferi çirkləndirirlər. Amma dənizin neftlə çirklənməsilə bağlı heç nə baş verməyib, bu haqda yayılan məlumatlar uydurmadır”, - M.Qəmbərov qeyd edib.

1news.az

Paylaş:
1229

Son xəbərlər

Şamaxıda zəlzələ olub

12 / 04 / 2025, 16:10

Azərbaycan nefti bahalaşıb

12 / 04 / 2025, 12:06
Bütün xəbərlər