Şahin Mustafayev İrana gedir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Şahin Mustafayev İrana gedir

18:54 - 18 / 12 / 2015
Şahin Mustafayev İrana gedir

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev dekabrın 21-də İrana səfər edəcək.

1news.az-ın məlumatına görə, səfərdə məqsəd İranın paytaxtı Tehran şəhərində Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 10-cu iclasında iştirak etməkdir.

İclasda Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrlərinin – iqtisadiyyat və sənaye naziri Ş.Mustafayev ilə yanaşı, İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edəcək.

Nazirlikdən bildirilib ki, dekabrın 21-22 tarixlərində baş tutacaq səfər çərşivəsində bir sıra görüşlər, Təbriz və Tehran şəhərlərində İran - Azərbaycan biznes forumları keçirilməsi nəzərdə tutulub. 

1news.az

 

Paylaş:
1257

Son xəbərlər

Bütün xəbərlər