Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin təyin edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin təyin edilib

20:00 - 18 / 12 / 2015
Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin təyin edilib

Azərbaycan Respublikası Milli Məclisi Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında qərar qəbul edib.

1news.az-ın AzərTAC-a istinadən verdiyi məlumata əsasən, qərarda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Ali Məhkəmənin hakimi Tapdıq Şükür oğlu Mahmudov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilsin.

2. 2016-cı il yanvarın 1-də səlahiyyət müddəti bitən aşağıdakı hakimlər Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Cəmilova Xəyalə Adil qızı,

Zeynallı Fərmayıl Gülmalı oğlu.

3. 2016-cı il yanvarın 1-də səlahiyyət müddəti bitən Kəmalə Nəbi qızı Abiyeva Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilsin.

4. 2016-cı il yanvarın 1-də səlahiyyət müddəti bitən Rafael Əmir oğlu Eyvazov Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin edilsin.

5. Bu Qərarın 1-ci bəndi imzalandığı gündən, 2-4-cü bəndləri 2016-cı il yanvarın 1-dən qüvvəyə minir”.

Paylaş:
752

Son xəbərlər

Bütün xəbərlər