Rusiya: Su-24 təyyarəsinin qara qutusu canlı yayımda açıldı
Rusiya rəsmiləri keçən ay Suriya ilə sərhəddə Türkiyənin vurduğu Su-24 təyyarəsinin qara qutusunu televiziyanın canlı efirində açıblar.
Ankara bildirir ki, noyabrın 24-də baş verən insident vaxtı təyyarə 17 saniyə ərzində Türkiyə hava məkanında olub. Rusiya isə təyyarənin Suriya üzərində vurulduğunu bildirib.
Rusiya Hava Qüvvələrinin komandir müavini deyib ki, Britaniya və Çin mütəxəssisləri qara qutudakı məlumatın təhlilində iştirak etmək barədə Rusiyanın təklifini qəbul ediblər.
"Maksimum şəffaflıq və aşkarlığı təmin etmək məqsədilə 14 ölkənin ekspertinə müşahidəçi olmaq dəvətilə müraciət etdik”, general-leytenant Sergey Dronov deyib.
Rusiyalı generalın sözlərinə görə müxtəlif səbəblərə görə dəvəti yalnız britaniya və çinli eskpertlər qəbul etdi.
Moskva əmindir ki, uçuş barədə informasiya təyyarənin Türkiyə ərazisinə daxil olmayacağını təsdiqləyəcək.
General-leytenant Dronov araşdırma nəticələrinin bazar ertəsi günü ictimaiyyətə açıqlanacağını bildirib.
BBC