İsrail ilə Türkiyə əlaqələrin normallaşdırılmasına dair razılığa gəliblər
Bir sıra KİV-lərdə İsrail ilə Türkiyə arasında münasibətlərin normallaşdırılmasına dair razılığın şərtləri yayılıb.
1news.az-ın “Milliyet” qəzetinə istinadla verdiyi xəbərə görə, İsrail 2010-cu ilin mayında İsrail xüsusi təyinatlıları tərəfindən “Mavi Mərmərə” gəmisində qətlə yetirilən 10 türk vətəndaşının ailələrinə 10 milyon dollar məbləğində təzminat verəcəyi barədə öhdəlik götürüb.
Ankara isə öz növbəsində Türkiyədəki “Hizbullah” qruplaşmasının üzvlərinin fəaliyyəti barədə öhdəlikləri götürüb. Eyni zamanda, İsraildən Türkiyəyə qaz verilməsilə bağlı danışıqlar da başlanacaq.
Bununla yanaşı, İsrail Ankaranın Qəzza zolağının mühasirədən çıxarılması ilə bağlı olan əsas tələbini yerinə yetirməsi məsələsi hələ ki məlum deyil.
1news.az