Avakov Saakaşvilini məhkəməyə verib-VİDEO
Ukraynanın daxili işlər naziri Arsen Avakov ünvanına ittihamlar səsləndirdiyi üçün Odessa vilayətinin qubernatoru Mixael Saakaşvilini məhkəməyə verib.
1news.az-ın xəbərinə görə, bu barədə o, “1+1” telekanalının canlı efirində bildirib.
“Mən cənab Saakaşvilini məhkəməyə vermişəm. Bir insanın oğru olduğunu deyərkən bunun arxasında durmaq lazımdır. Bildiyim qədər, cənab Yatsenyuk da bunu etməyə hazırlaşır”, - deyə Avakov qeyd edib.
Xatırladaq ki, bir neçə gün öncə Milli İslahat Şurasının iclasında ikili arasında insident baş vermişdi. M.Saakaşvili A.Avakovu korrupsiyaya bulaşmaqda ittiham edib. Avakov isə onu qastrolçu adlandıraraq Ukraynanı tərk etməyə çağırıb.
1news.az
1041