Valyutadəyişmə məntəqələri dollar və digər valyuta qiymətlərini təqdim etsə də, əməliyyat aparmayıb
Mərkəzi Bankın üzən məzənnə rejiminə keçid qərarından və yeni kursun elanından sonra bir çox valyutadəyişmə məntəqələri müəyyən müddətə alqı-satqı əməliyyatını dayandırıb.
1news.az xəbər verir ki, bu məntəqələrin xəbər tablolarında müəyyən müddət ərzində valyuta kursları sıfırlanmışdı. 11.30 radələrində “valyutadəyişmələrdə” xarici valyutanın yeni alış və satış qiymətləri qeyd olundu. Müxtəlif məntəqələrdə onların qiymətində cüzi fərqlər vardır.
28 may küçəsində yerləşən valyutadəyişmə məntəqüəsindəki məlumatlara görə, burada dollar 1.52 manata alınır və 1.57-1.58 manata satılır.
Eyni zamanda avronun alışı 1.62 manata həyata keçirilir. Satışı isə 1 avro- 1.718 azn civarında gerçəkləşir ki, bu da AR Mərkəzi Bankı tərəfindən müəyyənləşən məzənnədən yüksəkdir.
Buna görə də, kursun və informasiya tablosundakı məlumatların yenilənməsinə baxmayaraq, bir çox “valyutadəyişmələrdə” heç bir əməliyyat aparılmır.
Xatırladaq ki, AMB-nin dekabrın 21-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, dolların rəsmi məzənnəsi 47,63% bahalaşaraq, 1,5500 manat, avronun kursu isə 47,88% bahalaşıb və 1,16850 manat olub.