Bakıda xətt avtobusunu qaçırdılar
Polis Bakıda xətt avtobusunu qaçıran şəxsi saxlayıb.
1news.az xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
Məlumata görə, dekabrın 17-də Məhəmmədhənifə Əzimovun idarə etdiyi “Daewoo” markalı xətt avtobusu qaçırılıb.
Sabunçu polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avtobusu qaçırmış Lənkəran rayon sakini Tərlan Rzazadə tutulub.
1news.az
554