Rəsulzadə Natiqə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib | 1news.az | Xəbərlər
Rəsmi

Rəsulzadə Natiqə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib

21:13 - 21 / 12 / 2015
Rəsulzadə Natiqə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Natiq Rəsul oğlu Rəsulzadəyə Azərbaycan Prezidentinin fərdi təqaüdünün verilməsi barədə Sərəncam imzalayıb.

1news.az-ın Azərbaycan Prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, sərəncamda deyilir:

«Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə Natiq Rəsul oğlu Rəsulzadəyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin». 

President.az

Paylaş:
844

Son xəbərlər

Bütün xəbərlər