Dövlət Sərhəd Xidmətinin yeni sərhəd zastavası kompleksi istifadəyə verildi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Sərhəd Xidmətinin yeni sərhəd zastavası kompleksi istifadəyə verildi – FOTO

10:58 - 21 / 12 / 2015
Dövlət Sərhəd Xidmətinin yeni sərhəd zastavası kompleksi istifadəyə verildi – FOTO

Xudat Sərhəd Dəstəsində yeni inşa olunmuş “Samur” sərhəd zastavası kompleksinin xidməti istifadəyə verilib.

1news.az-ın məlumatına görə, yeni sərhəd zastavası kompleksinin açılış mərasimində çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının komandanı Elçin Quliyev ölkə prezidenti İlham Əliye­vin diqqəti sayəsində Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmə­lə­rində şəxsi heyət üçün yüksək xidməti və məişət şəraiti­nin yaradıl­dığını qeyd edərək, Azərbaycan sərhədçisinin dövlətçili­yimi­zin və sərhəd­lə­ri­mizin keşiyində ayıq-sayıq dayandığını bildirib.

Mərasimdə iştirak edən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, “Azərsun-Holdinq”in idarə heyə­ti­nin sədri Abdulbari Gözəl, Rusiya Federasiyası Federal Sərhəd Хidmə­tinin nümayəndə­ləri sərhədçiləri təbrik edərək onlara uğurlar arzula­yıblar.

Tədbirdə sərhədçi–vətəndaş əlaqələrinin möhkəm zəmin üzə­rində qurulmasının Vətənimizin hüdudlarının qorunması işində müs­bət rol oynadığı, dövlət sərhədlərimizin mühafizəsinə ümumхalq qay­ğısının ilbəil artmasının sərhədçilər tərəfindən böyük minnət­darlıq hissi ilə qarşılandığı qeyd edilib.

Yeni sərhəd zastavası komпleksinin “Azərsun Holdinq” tərəfindən qısa müddət ərzində və yüksək key­fiyyətlə tikilərək хidməti istifadəyə verilməsi Azərbaycan Sərhəd Mühafizəsinin təşkilinə rəğbətin rəmzi və yeni il hədiyyəsi kimi qiymətlən­dirilib, hol­dinqin kollektivinə minnət­dar­lıq ifadə olunub.

Xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltif edilib.

Açılışı bildirən rəmzi lent kəsildikdən sonra sərhəd zastavasına baxış keçirilib. Sərhəd zas­tavasında xidmətin yüksək səviyyədə təşkili və sərhədçilərin istirahəti üçün hər cür şərait yaradılıb. Ən müasir tələblərə cavab verən yataqxana, yeməkxana, istirahət guşəsi, idman zalı, kinozal, təlim şəhər­ciyi, xüsusi təyinatlı otaqlar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, hamam-camaşırxana sərhədçilərin istifadəsinə verilib.

1news.az

Paylaş:
1412

Son xəbərlər

Bütün xəbərlər