Tahir Süleymanov: “Azərbaycanda gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub” | 1news.az | Xəbərlər
Cəmiyyət

Tahir Süleymanov: “Azərbaycanda gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub”

17:04 - 22 / 12 / 2015
Tahir Süleymanov: “Azərbaycanda gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub”

Bu gün “JW Absheron Mariott” otelinin “Şərq zalı”nda  Gənclər və İdman Nazirliyi tərəfindən “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının yekunlarına dair Əlaqələndirmə Şurasının iclası keçirilib.

1news.az xəbər verir ki, iclasda əlaqədar dövlət orqanlarının rəhbər şəxsləri, Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın üzv təşkilatları, beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdir müavini Tahir Süleymanov çıxış edərək bildirib ki, Azərbaycanda gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub.

“Ümummilli lider Heydər Əliyev sərəncamı ilə Gənclər və İdman Nazirliyi yaradılıb, gənclərin ilk forumu keçirilib, gənclər siyasətinin əsas istiqamətləri müəyyənləşdirilib. Dövlət gənclər siyasəti haqqında fərmanı isə xüsusi qeyd olunmalıdır. Məhz həmin fərmandan sonra gənclərə diqqət və qayğı daha da artdı, gənclər mühüm dövlət vəzifələrinə irəli çəkilməyə başlandı”.

T.Süleymanov bildirib ki, ölkəmizin maliyyə imkanlarının artması ölkəmizdə gənclər siyasəti ilə bağlı çox iri miqyaslı layihələri həyata keçirməyə imkan verdi:

"Lakin 1999-cu ildə fərmanın imzalandığı dövrdə Azərbaycanın iqtisadi imkanları o qədər də böyük deyildi, ölkəmiz ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoymuşdu. Ona görə də Azərbaycan digər sahələrdə olduğu kimi gənclər sahəsində də iri layihələrə, proqramlara qoşula bilmirdi. Lakin 2000-ci illərin ortalarından etibarən ölkəmiz sürətli sosial-iqtisadi inkişaf mərhələsinə qədəm qoydu və nəticədə maliyyə imkanlarımızın artması ölkəmizdə gənclər siyasəti ilə bağlı çox iri miqyaslı layihələri həyata keçirməyə imkan verdi. Belə layihələrdən biri də “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramıdır. 8 bölmədən ibarət olan proqramın rellaşmasına 60 milyon manata qədər vəsait ayrılıb. Sevindirici haldır ki, proqram çox uğurla icra olunub və qarşıya qoyulan məqsədlərin bir çoxu həyata keçirilib".

1news.az

Paylaş:
2035

Son xəbərlər

Bütün xəbərlər