Elsevər Ağayev: Dərmanların qiymətində çox böyük dəyişiklik olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Elsevər Ağayev: Dərmanların qiymətində çox böyük dəyişiklik olmayacaq

17:19 - 22 / 12 / 2015
Elsevər Ağayev: Dərmanların qiymətində çox böyük dəyişiklik olmayacaq

Dərmanların qiymətlərinin artırılması ilə bağlı Tarif Şurasına Səhiyyə Nazirliyi tərəfindən deyil, iş adamları, şirkətlər tərəfindən müraciət olunub.

1news.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Yaxın günlərdə Tarif Şurasının iclasının olacağını deyən nazir müavini bildirib ki, iclasda qiymətlərə yenidən baxılacaq:

“Bu zaman dərmanların qiymətlərin neçə faiz artacağına qərar veriləcək. Çünki Nazirlər Kabinetinin təsdiq etdiyi Azərbaycanda qeydiyyatdan keçən dərman vsasitələrinin qiymətlərinin tənzimlənməsi və onlara nəzarət qaydaları var. Bu qaydalara əsasən valyutann məzənnəsi 5 faizdən artıq dəyişərsə, onda təsdiq olunan qiymətlərə yenidən baxılacaq”.

E.Ağayev dərmanların qiymətinin əvvəlki qiymətlərlə müqayisədə yenə aşağı olacağını da diqqətə çatdırıb:

“Dekabrın 21-dən 3540 adda dərmanın qablaşdırılmasında yeni qiymətlər tətbiq olunub. Bildiyiniz kimi, Tarif Şurasının qərarı ilə dərmanların 46 faizinin qiyməti iki dəfə, 24 faizinin qiyməti üç dəfədən artıq azalıb. Bəzi dərmanların qiyməti isə 5-7 dəfə aşağı salınıb.

Sözsüz ki, valyutanın kursunun dəyişməsi dərmanların qiymətinə müəyyən dərəcədə təsir göstərəcək. Ancaq dərmanların qiymətində çox böyük dəyişiklik olmayacaq. Dərmanların qiyməti əvvəlki qiymətlərlə müqayisədə yenə aşağı olacaq”.

1news.az

Paylaş:
839

Son xəbərlər

Bütün xəbərlər