Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşlarına fəxri adlar verilib | 1news.az | Xəbərlər
Rəsmi

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşlarına fəxri adlar verilib

21:03 - 22 / 12 / 2015
Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşlarına fəxri adlar verilib

Azərbaycanın Prezidenti ilham Əliyev  Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşlarına fəxri adlar verilməsi ilə bağlı sərəncam imzalayıb.

1news.az-ın Azərbaycan Prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraqqərara alıram:

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının 50 illik yubileyi münasibətilə, Azərbaycanda kitabxana işinin təşkili sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar mədəniyyət işçisi" fəxri adı verilsin:

Dadaşova Zahirə Cabir qızı

Qəmbərova Şəhla Əliheydər qızı

Musazadə Rəfiqə Mirzə qızı

Tahirova Nazilə Rəhman qızı”.

President.az

Paylaş:
818

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər