Nazir müavini manatın devalvasiyasının müəllimlərin əmək haqlarına təsirindən danışdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir müavini manatın devalvasiyasının müəllimlərin əmək haqlarına təsirindən danışdı

11:28 - 23 / 12 / 2015
Nazir müavini manatın devalvasiyasının müəllimlərin əmək haqlarına təsirindən danışdı

Manatın devalvasiyasından sonra müəllimlərin əmək haqlarında heç bir dəyişiklik gözlənilmir.

1news.az-ın məlumatına görə, bunu “Report”a açıqlamasında təhsil nazirinin müavini Ceyhun Bayramov deyib:

“Azərbaycanda əmək haqlarının hesablanması manatla nəzərdə tutulub ki, buna görə də müəllimlərin əmək haqlarında heç bir dəyişiklik gözlənilmir”.

Qeyd edək ki, ilk dəfə 2014-cü ildə paytaxt məktəblərində çalışan 30 min müəllimin ixtisas və metodika sahəsində biliklərinin, kommunikativ qabiliyyətlərinin diaqnostik qiymətləndirilməsi aparılıb. Bu ilin sonuna kimi ölkənin daha 3 şəhər və 9 rayonunda müəllimlərin diaqnostik qiymətləndirilməsinin keçirilməsi prosesi başa çatacaq. 

Bu il 30 minə yaxın müəllimin biliyi yoxlanılacaq. Bu da ölkə müəllimlərinin təxminən 40 faizini əhatə etmiş olacaq. Gələn il yanvarın 1-dən isə onların maaşları artımla hesablanacaq. Əmək haqlarının artımı diaqnostik qiymətləndirmədən keçən bütün müəllimlərə şamil ediləcək. Amma artım zamanı qiymətləndirmədən keçən müəllimlər arasında fərq qoyulmayacaq, artım bütün müəllimlərin əmək haqlarına eyni səviyyədə təsir göstərəcək.

1news.az

Paylaş:
787

Son xəbərlər

Bütün xəbərlər