TAP eyni səviyyədə həm Azərbaycan, həm də Avropa üçün lazımlı layihədir – Ekspert
Azərbaycan üçün Avropa qaz bazarına çıxış eldə etmək uzaq perspektivdə çox əhəmiyyətli və münasibdir.
Azərbaycan Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şabanov buna əmin olduğunu bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanın neft ixrac etdiyi bazarlarla kifayətlənmək olmaz.
“Biz qaz təchizini şaxələndirməliyik. Türk bazarına baxsaq görə bilərik ki, 2007-ci ildən etibarən bu bazara neft təchizini reallaşdırırıq . Lakin bu bazarda biz nə qədər çətinliklə üzləşmişik...” –deyə ekspert xatırlatdı.
İ.Şabanov qeyd edib ki, bir bazara bağlı olaraq qalmaq, dəyərin 20-25 faizini itirməyə bərabərdir, cünki bundan başqa heç bir seçim imklanın yoxdur.
“Eyni zamanda, Avropa da qaz mənbələrini diversifikasiyasına ehtiyac duyur. Energetika layihələri sırasında TAP Avropa Komissiyası tərəfindən dəstəklənən ilk beş layihə sırasına daxildir. Bu o deməkdir ki, layihə aksiyaçıları Avropa maliyyə institutlarının güzəştli kreditlərindən istifadə edə bilər”- ekspert deyib.
TAP boru kəməri (Trans Adriatic Pipeline) Cənub qaz dəhlizinin mühüm elementi olmaqla yanaşı, mavi yanacağın Xəzər hövzəsindən Avropaya təhlükəsiz nəqli, həmçinin, bu yolla Rusiyanın təchizatda, Ukraynanın isə tranzit ölkə kimi inhisarını aradan qaldırmaq məqsədi ilə yaradılmışdır.
İlkin olaraq 5 milyard dollar civarında qiymətləndirilən layihəyə əsasən, qaz kəmərinin Yunanıstan və Türkiyə ( burada o, TANAP ilə əlaqələnir) sərhəddindən əvvəlcə Albaniyaya, daha sonra isə Adriatik dənizinin dibi ilə İtaliyaya qədər çəkilməsi nəzərdə tutulur.
TAP qaz kəməri ilə ilk vaxtlarda ildə 10 milyard kub metr ,gələcəkdə isə daha 20 milyarda qədər artması ehtimalı ilə qaz nəqli imkanı vardır.TAP “Şahdəniz” aksiyaçıları tərəfindən Azərbaycan qazının Avropaya nəqli marşrutu kimi seçilib.
İtaliyada yaxın zamanlarda bu layihə əleyhinə aparılan təbliğat məsələsinə toxunan İ.Şabanov bildirib ki, İtaliya demokratik dövlətdir və burada istədiyini yazan minlərlə müxtəlif KİV-lər də vardır.
Mənə elə gəlir ki, bu kampaniyalara baxmayaraq, İtaliya TAP layihəsini dəstəkləməkdə maraqlıdır.
Mövzu ilə bağlı:
Trans-Adriatik boru kəməri layihəsinin yeni riskləri
İ.Şabanov eyni zamanda bildirib ki, Azərbyacan ictimaiyyəti bu layihənin nə ifadə etməsi ilə bağlı sona qədər məlumatlandırılmayıb.
“Əksər vətəndaşların fikrincə, qaz boru kəməri Azərbaycana məxsusdur. Əslində isə, bu Azərbaycana məxsus olan boru kəməri deyil. SOCAR orada aksiyaların yalnız 20 faizinin sahibidir. Qalan 80 faiz aksiyalar Avropa energetika şirkətlərinə aiddir. Beləliklə, bu qaz kəməri özəl şirkətlər tərəfindən Azərbaycan qazının alınması məqsədi ilə yaradılıb” –deyə o, qeyd etdi.
Deputat Asim Mollazadə də, əmindir ki, bu layihə həm İtaliya, həm də digər Avropa ölkələri üçün əhəmiyyətlidir.
“Məsələn, layinə 2020-ci ildə atom -elektrik stansiyalarından istifadəyə son qoymağı planlaşdıran İsveçrə üçün mühümdür. Burada xüsusi qeyd olunmalı cəhət, italyan şirkətlərinin İsveçrənin energetika şirkətləri ilə sıx əlaqədə olmasıdır”- deyə qeyd edən deputut söyləyib ki, bu mənada TAP AG şirkətinin mənzil qərargahının da İsveçrənin Baar şəhərində olması təsadüfi deyil.
Deputat hesab edir ki, İtaliya və digər Avropa ölkələrində bəzi QHT-lərin layihənin reallaşdırılması üçün əngəllər yaratmağı təsadüfi deyil.
“Bu davranışlar hazırda Aİ-yə qaz nəqlində var olan inhisarı saxlamağa yönəlib”, - deyən A. Mollazadə vurğulayıb ki, ilk növbədə Aİ üzvləri olan dövlətlər, Avropa strukturlarının müvafiq komissiyaları qaz mənbələrinin diversifikasiyası üçün mümkün olan hər şeyi etməlidir.
“Mən düşünmürəm ki, bu maneələr layihənin çəkilişi və reallaşdırılmasını dayandıracaq.
Deputat əmindir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin etmək istiqamətində mühüm rolunu davam etdirməlidir.
“Bu bazar Azərbaycan üçün çox əhəmiyyətlidir. Cünki burada stabil bazardan və uzunmüddətli, stabil alıcılardan söhbət gedir”.
Elşən Rüstəmov