Azərbaycanda dekabrın 23-də 86 cinayət faktı qeydə alınıb
![Azərbaycanda dekabrın 23-də 86 cinayət faktı qeydə alınıb](/images/articles/2015/12/24/thumb_20151224051245225.jpg?2021-02-17+09%3A23%3A32)
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 86 cinayət faktı qeydə alınıb.
Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, onların da 34-i “isti izlər”lə açılıb.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 9 nəfər isə yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə 31 nəfər tutulub.
1news.az
713