SOCAR itkin düşmüş neftçilərin ailələrinə birdəfəlik maddi yardımın verilməsinə başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

SOCAR itkin düşmüş neftçilərin ailələrinə birdəfəlik maddi yardımın verilməsinə başlayıb

19:07 - 24 / 12 / 2015
SOCAR itkin düşmüş neftçilərin ailələrinə birdəfəlik maddi yardımın verilməsinə başlayıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) itkin düşmüş neftçilərin ailələrinə birdəfəlik maddi yardımın verilməsinə başlayıb.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamının icrasını təmin etmək məqsədilə, dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağındakı 10 nömrəli dərin dəniz özülündə baş vermiş qəza zamanı həlak olan və itkin düşən SOCAR-ın əməkdaşlarının hər birinin ailəsinə dövlət tərəfindən 15 000 (on beş min) manat məbləğində birdəfəlik maddi yardım ödənilməsi qərara alınıb.

Dekabrın 24-dən etibarən bu yardımların, eyni zamanda həmin gün “Neft Daşları”ndakı 501 nömrəli özüldə baş vermiş qəzada itkin düşən üç nəfər neftçinin ailəsinə SOCAR tərəfindən ayrılmış eyni məbləğdə birdəfəlik yardımların verilməsi prosesinə başlanılıb.

Maliyyə vəsaiti müvafiq idarələrin hesabına köçürülüb, həlak olan və itkin düşən şəxslərin ailə üzvləri ilə keçirilmiş görüşlər əsasında yardımın kimin adına sənədləşdirilməsi məsələsi aydınlaşdırılıb və müvafiq prosedurların həyata keçirilməsinə başlanılıb. Müəyyənləşdirilmiş şəxslərin adına bank hesabları açılması və yardımların həmin hesablara köçürülməsi prosedurları 5 gün ərzində başa çatdırılacaq.

Paylaş:
614

Son xəbərlər

Bütün xəbərlər